AZ | EN | فارسی | RU

Yeniliklər

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

19 .07 .2010

Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır ətraflı

Axtarış

 

Ünvan

Aktual

Rusiya ABŞ-ı Gürcüstanı yenidən silahlandırmaqla günahlandırır

03 -09 -2010

Rusiyanın Baş Naziri Vladimir Putin ABŞ-ın Gürcüstanı silhalandırmağa davam etməklə günahlandırıb. O,  bu narahatçılığını “Komersant” qəzetinin 30 avqust tarixli nömrəsinə verdiyi müsahibədə açılayıb. Putin müsahibəsində yenidən Gürcüstanın silahlandırılmasının Rusiya ilə ABŞ arasında münasibətlərin son dövrdəki yaxşılaşma prosesinin fonunda davam etdiyinə diqqəti cəlb edib. Rusiya baş naziri Cənubi Osetiya müharibəsinin Gürcüstanın silahlandırılması nəticəsində baş verdiyi vurğulayıb. Putin bu barədə narahatçılıqlarını hələ müharibədən əvvəl ABŞ və Avroplılara bildirdiklərini, ancaq bunun diqqətə alınmadığını qeyd edib. Xatırladaq ki, Rusiya hələ 2008-ci ildəki müharibə vaxtı və müharibədən sonra verdiyi açıqlamalarla Gürcüstanın silahlandırılmasının əleyhinə sərt çıxışlar etmiş və bu ölkəyə beynəlxalq miqyaslı silah embarqosu tətbiq edilməsini istəmişdi. Elə Rusiya-Gürcüstan müharibəsində Rus ordusunun ABŞ tərəfindən Gürcüstana verilən silahları nümayişkəranə şəkildə ələ keçirməsi Qərbə məsaj xarakeri daşıyırdı.

 



İran müxalifətinin yeni televiziya kanalı

02 -09 -2010

Sentyabrın 1-də İran müxalifətinə yaxın veb saytlarda yeni televiziya kanalının açılışı barədə məlumat dərc olunub. Məlumata əsasən müxalifətin yeni kanalı “Telestar” peyk şəbəkələri vasitəsi ilə yayımlanacaq. Məlumata yeni kanalın adının RSA olacağı və əsasən İrandakı informasiya blakadasını aradan qaldırmaq məqsədi ilə qurulduğu da bildirilir. Kanalın tamamilə siyasi və mali müstəqilliyiyə sahib olacağı iddia edilir. Kanalın xərclərinin isə toplanan ianələr və reklamlar hesabına ödəniləcəyi qeyd olunur.

 



İran ilə ABŞ nüvə sahəsində birgə fəaliyyət göstərə bilərmi?

01 -09 -2010

İran Nüvə Tədqiqat Mərkəzinin rəisi Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi siyasi məsələlərdən uzaq olmaq şərti ilə ABŞ-la nüvə sahəsində birgə fəaliyyət göstərməyə hazırdır. Salehi avqustun 31-də mətbuat konfransı keçirərək bildirib ki, “əgər Amerikalılar hazır olsa, İran atom elektrik stansiyaları tikmək məqsədi ilə birgə müəssisələr və nüvə yanacağı istehsal məqsədi ilə konsorsiumlar yaratmağa hazırdır”. Salehi əlavə edib ki, ABŞ-la bu sahədə müştərək işlər görməyə hazır olmalarının, siyasi müzakirələrə aidiyyəti yoxdur. O xüsusi vurğulayıb ki, “siyasi məsələləri siysətçilərə buraxmaq lazımdır.” 

 



İnqilab Qvardiyasının seçkilərə müdaxiləsi təsdiqlənir

30 -08 -2010

İranın “islahatçı müxalifətinin” bir qrup ziyalı nümayəndəsi, o cümlədən, Mustafa Taczadə, Feyzulla Ərəbsorxi, Möhsin Mirdamadi, Möhsün Əminzadə, Əbdulla Ramazanzadə və Möhsün Səfayi Fərahani İran məhkəməsinin başçısı Sadiq Laricaniyə şikayət ərizəsi ilə müraciət edərək İnqilab Keşikçiləri Qvardiyasını sonuncu prezident seçkilərində müdaxilə etməkdə ittiham edib və bu barədə sənədlər təqdim ediblər. Qeyd edək ki, bu siyasi fəallardan. Mustafa Taczadə, Möhsün Əminzadə və Möhsün Səfayi Fərahani sonuncu prezident seçkilərindən sonra həbs olunub, lakin şərti azadlığa buraxılmışdılar. Şikayət ərizəsindən sonra isə onlar yenidən həbs olunublar.

 



İran mediası Fransanı təhqir etdi

29 -08 -2010

İran mediasının Fransa Prezidentinin həyat yoldaşı Karla Bruni Sarkozini təhqir edən yayınları Avropada ciddi rezonans yaradıb. Əvvəlcə İran hakimiyyətinin qəzeti sayılan “Keyhan” Karla Bruni-Sarkozinin fəaliyyətləri ilə bağlı olaraq “Fahişələr insan hüquqları ilə bağlı tədbirrə iştirak edir” başlıqlı məqalə dərc edib. Məqalədə Karla Bruninin həyatının müxtəlif “rənkli məqamlarına” geniş yer ayrılıb və Bruninin indiyə qədər çox sayıda məşhur şəxslə əlaqədə olduğu qeyd olunub. Eyni gün İranın dövlət televiziyası isə Karla Bruni ilə bağlı reportajında oxşar ifadələrlə Brunini təhqir edib. Dövlət televiziyası Bruninin 2006-cı ildə İran dövləti tərəfindən daş-qalaq edilməklə ölüm hökmünə məhkum edilmiş Səkinə Aştianini müdafiə etməsinə də toxunaraq, Brunini “öz əxlaqsızlığını ört basdır etmək üçün başqalarının oxşar hərəkətlərini müdafiə etməkdə” günahlandırıb. 

 



Türkiyənın xarici siyasətində “köhnə çalarlar”

28 -08 -2010

Avqust ayının sonlarında eyni gündə Türkiyənin kütləvi informasiya vasitələrində yayılan iki xəbər bu ölkənin xarici siyasəti baxımından “köhnə çalarlara” qismən qayıdşa işarə olub. Belə ki, avqust ayının 27-də həm İranın uydurma “Erməni soyqırımı” iddialarıyla bağlı dəstəkləyici bəyanatlar verdiyi xəbəri, həm də İsrailin “Heron” üzrə mütəxəssisləri Türkiyəyə geri göndərdiyi xəbəri demək olar ki, bütün Türk mətbuatında yayıldı.

 



Seçki sonrası insan hüquqları pozuntularına dair yeni faktlar

25 -08 -2010

İranda insan hüquqlarının pozulmasına dair hər gün yeni faktlar üzə çıxır. Bəzən isə bu cür faktlar o dərəcədə güclü olur ki, İran rəsmiləri tərəfindən də etiraf və qəbul edilmək məcburiyyəti ortaya çıxır. İranın Baş Prokuroru Qulamhüseyn Möhsüni Ejeinin son açıqlamaları da bunu təsdiqləyir. Belə ki, Ejei Tehranda gizli fəaliyyət göstərən “Kəhrizək” həbsxanasındakı cinayətlərdə təqsirli bilinən yüksək rütbəli üç nəfər prokurorluq əməkdaşının müvəqqəti olaraq işdən azad edilmələri barədə xəbərləri təsdiqləyib. Ejei işdən müvəqqəti azad olunan üç nəfər yüksək rütbəli şəxsin adlarını açıqlamayıb. Amma, onlar arasında  2009-cu ilin sentyabr ayına qədər Tehranın prokuroru vəzifəsində işləmiş, hazırda baş prokurorun müavini olan Səid Mürtəzəvinin də olduğu iddia edilir.

 



Saakaşvili baş nazir olmaq istəyir?

24 -08 -2010

Gürcüstan parlamenti sentyabrda ölkə konstitusiyasına dəyişiklikləri müzakirə edəcək. Bu barədə açıqlamanı Gürcüstan Parlamentinin Sədri David Bakradze Rusiya qəzeti “Vremya Novosti” qəzetində 23 avqustda yayınlanan müsahibəsində deyib. Bakradze, parlamentin bu dəyişiklikləri noyabrın əvvəlində qəbul edəcəyindən ümidvar olduğunu bildirib. Xatırladaq ki, Gürcüstan parlamentində konstitusiya dəyişikliklərinə dair prosedura 21 iyulda,  Dövlət Konstitusiya Komissiyanın təxminən bir illlik hazırlıqdan sonra ortaya qoyduğu dəyişilklik lahiyəsi təklifini təsdiqləməsi ilə başlayıb. Daha sonra lahiyə ictimaiyyətin müzakirəsinə verilib. Lahiyənin qəbuluna dair növbəti mərhələ 7 sentyabrda parlamentdə müzakirələrin başlanması olacaq. Lahiyənin bu prosessə paralel olaraq Venetsiya Komisyasına rəyi üçün göndəriləcək. Bu qurumun da yaxın gələcəkdə dəyişiklik lahiyəsinə dair öz hesabatını açıqlaması gözlənilməkdədir.

 



Urmu gölündə problemlər davam edir

18 -08 -2010

Mehr Xəbər Agentliyinin verdiyi məlumata əsasən İranın şimal qərbində, Azərbaycan ərazilərində yerləşən Urmiyə gölünün suyunun rəngi qırmızılaşıb. Bu göl son illərdə diqqətsizlik və ona tökülən çayların üzərində qeyri-elmi olaraq bəndlərin tikilməsi nəticəsində qurumağa doğru gedir. İndiyə qədər onun sahəsinin 25%-i quruyaraq duzlu səhraya çevrilib və bu prosses günü-gündən artmaqdadır. Mütəxəssislərin fikrincə bu gölün suyunun qırmızılaşmasının bir neçə səbəbi ola bilər. Birincisi bu problem gölə tökülən çirkab suların nticəsində suda bir sıra virusların artması və suyun rənginin dəyişməsi nəticəsində baş verə bilər. Amma mtəxəssislərin çoxu bu nəzəriyyəni imkansız hesab edir. Onların fikrincə Urmu gölünün suyunun azalması nəticəsində suda olan duzun miqdarı da artıb. Bu səbəbdən belə virusların suda artması mümkünsüz haldır.

 



İran nüvə məsələsində yenə hücum taktikasından istifadə edir

16 -08 -2010

İran Nüvə Mərkəzinin rəhbəri Əli Əkbər Salehi bildirib ki, İranda yeni 10 nüvə mərkəzi tikiləcək. O bildirib ki, “Qərb dövlətləri İranın nüvə məsələsi ilə bağlı etimadını doğrultsalar, daha çox uğur əldə edə bilərlər”. İSNA-nın məlumatına əsasən Salehi dünən Nazirlər Kabinetinin toplantısından sonra jurnalistlərə bildirib ki, bu ilin sonuna qədər 10 yeni nüvə zənginləşdirmə mərkəzinin tikintisinə başlanacaq.

 




[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]