Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Aktual02 -06 -2010 . İran Məhkəməsinin qeyri-adi qərarıTehranın Apelyasiya Məhkəməsi İranlı rejisoru rejimin əleyhinə təbliğ etməkdə təqsirləndirərək 3 il həbsə və “50 zərbə şallağa” məhkum edib. Bir müddət əvvəl Tehranın 26-cı məhkəmə şöbəsi İranlı mühafizəkar rejisor Məhəməd Nurizadı 3 il həbsə və “540 zərbə şallağa” məhkum etmişdi. İyunun 2-də isə Tehranın Apeliasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü təsdiqləyib.
Xatırladaq ki, Nurizad Keyhan qəzetinin keçmiş yazarlarından olub və mühafizəkarlara yaxın olması ilə tanınır. Nurizad 6 ay əvvəl həbs olunub və Evin həbsxanasında saxlanılır. Keçən ilki qalmaqallı prezident seçkilərində Əhmədinejadın mövqeyinin əleyhinə çıxış edib. Seçkilərdən sonra Ali Dini Rəhbər Ayətullah Əli Xameneiyə bir neçə açıq məktub yazaraq onun fəaliyyətini tənqid edib. O, İran Məhkəməsinin rəhbəri Sadiq Laricaniyə də açıq məktub yazaraq onun müstəqilliyini sual altına alıb. Nurizadın bu məktubları onun həbs olunmasının əsas səbəbidir. Nurizada belə bir hökmün verilməsi Əhmədinejadın və məhkəmənin eyni xətt üzrə hərəkət etmələrini göstərir. Belə ki, Əhmədinejad hakimiyyəti və məhkəmə istənilən müxalifi istər mühafizəkar qrup daxilində, istərsə də müxalifətin cərgəsində olsun, aradan qaldırmağı bacardıqlarını nümayiş etdirirlər. Əslində İranda məhkəmələr daim hakimiyətin maraqları daxilində hərəkət ediblər. İstər şah dövründə ,istərsə də inqilabdan sonraki dövrdə məhkəmələr siyasi məsələlərdə tam qərəzli mövqelər nümayiş etdirib. Bu səbəbdən də adətən məhkəmələrin siyasi cəhətdən nüfuzlu şəxslərlə bağlı qərarlarına ictimaiyyətin etimadı olmur. Amma, bu qərəzliliyin belə müəyyən bir çərçivəsi olmuşdur ki, son dövrlərdə məhkəmə sisteminin qərarları bu çərçivənni də aşılması və daha açıq qanun pozuntuları ilə müşahidə olunur.
|
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |