AZ | EN | فارسی | RU

Yeniliklər

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

19 .07 .2010

Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır ətraflı

Axtarış

 

Ünvan

Yeniliklər


İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?

23 -08 -2010

Son günlərdə İran-Qərb cəbhəsində yaşananlar İrana həbri müdaxilə ehtimalını yenidən gücləndirməyə başlayıb. İranın bir neçə gün ərzində öncə yeni raketlərini sınaqdan keçirməsi, sonra Buşehr Atom Elektrik Stansiyasını rəsmən fəaliyyətə başladması və daha sonra isə pilotsuz hərbi təyyarəsini sınaqdan keçirməsi beynəlxalq şəraitdə baş verən bəzi hadisələrlə birləşdirildikdə bu qənaət yaranır. Xatırladaq ki, İranın nüvə proqramı ilə əlaqədar başlayan gərginlik Türkiyə və Braziliyanın vasitəçiliyi ilə imzalanan nüvə mübadiləsi proqramı ilə azalacaq görüntüsünə sahib olmuş, amma sonra həm ABŞ başda olmaqla Qərb ölkələrinin, həm də İranın qarşılıqlı sərt siyasət və bəyanatları ilə bu gərginlik daha da artmışdı. 

 



Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi

20 -08 -2010

Rusiya Prezidenti Dmitri Medvedevin 20 avqsutdakı Ermənistan səfəri iki ölkə arasında mühüm sənədlərin imzalanması ilə önə çıxdı. Erməni həmkarı Serj Sarqsyanla iki ölkə arasındakı münasibətləri müzakirə etmək və İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sammitində iştirak üçün bu ölkəyə gedən Medvedevin səfəri zamanı iki ölkə arasında 6 sənəd imzalanıb. İki ölkə prezidentlərinin ortaq bəyannaməsi mövzulu ilk sənəddə Rusiya və Ermənistan arasındakı münasibətlərin strateji xarakteri bir daha vurğulanıb. İki ölkə arasında imzalanan ikinci mühüm sənəd Rusiyanın Ermənistandakı hərbi bazasının müddətinin uzadılmasına dair protokol olub. Yeni müqavilə ilə Gümrüdəki Rusiya hərbi bazasının müddəti 2044-cü ilə qədər uzadılıb. Xatırladaq ki, iki ölkə arasında 1995-ci ilin 16 martında imzalanan müqavilə Rusiyaya 25 illiyinə Ermənistanda qalma imkanı verirdi. Müqavilənin yeni halında ölkədəki Rus hərbi gücünün eyni zamanda Ermənistanın təhlükəsizliyini təmin etməsi də nəzərdə tutulub. İki ölkə arasında imzalanan digər sənəd isə hərbi-texniki əməkdaşlıq və Rusiyanın Ermənistana yeni silahlar verməsiylə bağlıdır. Müqavilədə hansı silahların veriləcəyi bildirilməsə də, analitiklər Ermənistan ordusuna müasir silah və hərbi texnika ilə yanaşı, S-300 raket komplekslərinin də verilməsinin gündəmdə olduğunu bildirirlər.

 



Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər

28 -07 -2010

Son zamanlar Emənistan və İsrail arasında əlaqələr nəzərə çarpacaq dərəcədə canlanmışdır. İki ölkə arasında əməkdaşlıq, xüsusilə İsrail–Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda ciddi şəkil almaqdadır. Hələ 2006-cı ildə Tel-Əvivdəki Şərqi Avropa və MDB ölkələri İnstitutunun direktoru, XV çağırış Knessetin deputatı (1999–2003-cü illər) Aleksandr Tsinker erməni qəzeti “Nuhun gəmisi”nə verdiyi müsahibədə qeyd edib ki, Ermənistan və İsrail arasında ədavət üçün heç bir səbəb yoxdur.

 



Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır

19 -07 -2010

İran rəsmiləri Zahidanda baş verən terror hadisəsində NATO–nun əlinin olduğunu iddia etmiş və Pakistan bu məsələ ilə bağlı məsuliyyət daşıdığını vurğulamışdır. İran prezidenti Mahmud Əhmədinejad iyulun 19-da Nazirlər Kabinetinin iclasında Zahidandakı son terror hadisəsinə işarə edərək bildirib ki, ABŞ prezidenti Barak Obama hadisə ilə bağlı baş sağlığı versə də, ABŞ və NATO qüvvələri terrorçulara maliyyə və texniki yardım göstərir. Əhmədinejad iddia edib ki, belə terror hadisələri yalnız “ABŞ-ın müdafiə etdiyi zalım terror dəstələrinin işidir”.

 



ABŞ-İran cəbhəsində yeni açıqlamalar

10 -07 -2010

Son günlərdə ABŞ-İran cəbhəsi yenə maraqlı açıqlamalarla diqqət çəkir. ABŞ Prezidenti Barak Obama, İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdəki görüşündən qısa müddət sonra  Kanal 2 televiziya kanalına verdiyi müsahibədə İsrailin İrana mümkün hücumuna toxundu. Obama müsahibəsində İsrailin ABŞ-a xəbər vermədən İrana hücum etməsinin mümkünlüyü barədə sualı belə cavablandırdı: \"Əlaqələrimiz bir-birimiz üçün sürpriz təşkil edəcək addımlar atmağımıza mane olacaq qədər güclüdür. Koordinasiyalı hərəkət edirik.\" Obama həmin müsahibəsində İran və bu ölkənin nüvə proqramının özünün 18 aylıq iqtidarı dövründə ABŞ üçün əsas mövzu olduğunu və İranın nüvə silahı sahibi olmasının onun üçün qəbuledilməz olduğunu vurğulamışdır. Obama qeyd etmişdir ki, ABŞ İranın nüvə silahı sahibi olmaması üçün mümkün hər şeyi edəcəkdir.

 



Türkiyə-Yunanıstan münasibətləri: böhranlı günlərə qayıdış?

26 -06 -2010

Türkiyə-Yunanıstan münasibətləri son illərdəki yaxşılaşma meyllərindən sonra son günlərdəki bəzi xəbərlərlə yenidən gərginlik riski altına girdi. Belə ki, Yunanıstanın Ekologiya, Enerji və İqlim Dəyişikliyi Nazirinin Müavini Yannis Maniatis iyunun 25-də, Afinada yayınlanan özəl Real Radio kanalına verdiyi açıqlamada, \\\"Yunanıstanın dəniz sərhədləri daxilində gördükləri bəzi ərazilərdə hidrokarbon yataqları olduğuna dair güclü məlumatlara malik olduqlarını\\\" və \\\"bu yataqların bir il içərisində qiymətləndirilməsi üçün Afinanın hazırlıq görməyə başladığını\\\" bildirib. Maniatis qeyd edib ki, hidrokarbon yataqları barədə tədqiqatlar aparmaq üçün şirkətin seçilməsi üçün tender elan edilməsi və bir anonim şirkət yaradılmasıyla əlaqədar qanuni mexanizmlərin hazırlanması prosesi yaxın bir neçə həftə içərisində tamamlanacaqdır. O, bildirib ki, ilkin tədqiqatlar əvvəllər başladılan, amma müxtəlif səbəblərlə yarımşıq qalan Patras Körfəzi ilə Yana bölgəsində aparılacaq, amma digər bölgələrdə də neft və qaz axtarışı olacaq.

 



Güney Azərbaycan fəallarının həbsləri davam edir

23 -06 -2010

Bu ilin may ayının əvvəllərindən başlayaraq İranın təhlükəsizlik qüvvələri tərəfindən xeyli sayda Güney Azərbaycan fəali həbs olunmuşdur. Həbslərin əsasən 22 may hadisələrinin ildönümü öncəsində, həmin günkü mümkün etiraz tədbirlərini zəiflətmək məqsədiylə aparıldığı düşünülürdü. Amma, artıq bu mərhələ geridə qaldığı halda həbslər səngimək bilmir. Demək olar ki, hər gün yeni həbslərin baş verdiyi barədə məlumatlar yayılır. Növbəti həbs dalğası Babək qalası yürüşü öncəsinə təsadüf edir. Artıq ən sadə ictimai fəaliyyət, insan hüquqları ilə bağlı fəaliyyət belə həbs olunmaq üçün kifayət edir. Rejim çalışır ki, belə demək mümkündürsə, “cəmiyyətə gözünü açmağa imkan verməsin”. Əvvəlki illərdə olduğu kimi, həbs olunanların ən təməl insan hüquqları belə nəzərə alınmır. Vəkilləri və ailələri ilə görüşlərinə problemlər yaradılır. Müəyyən müddət harada saxlanıldıqları barədə məlumat əldə etmək mümkün olmur. Onlar işgəncələrə məruz qalırlar. Son on gündə gedən kütləvi həbs dalğasına qədərki mərhələdə həbs olunanlarla bağlı müxtəlif KİV-də gedən və insan hüquqları təşkilatlarının hesabatlarında əks olunan məlumatlara nəzər salaq:

 



İran hara gedir?

18 -06 -2010

BMT Təhlükəsizlik Şurasının gözlənilən son sanksiya qərarı və qərarla bağlı keçirilən səsvermədə xüsusilə Türkiyənin mövqeyi mövzunun və İranın yenidən dünyanın ən önəmli gündəm maddələrindən birinə çevrilməsinə səbəb oldu. BMT TŞ-nin son qərarından dərhal sonra ABŞ-ın İrana BMT TŞ-nin qərarında nəzərdə tutulduğundan daha sərt sanksiyalar tətbiq etməyə başlaması, eyni zamanda Avropa Birliyinin yeni və daha sərt sanksiyalar barədə daxili müzakirələr aparması bu ölkənin yaxın perspektivdə daha çox problemlə üzləşəcəyini göstərir. Amma, qalmaqallı prezident seçkisi ilə hakimiyyətini qoruyan Əhmədinejad başda olmaqla İran rəhbərliyi əksini, yəni son qərarların onlara heç bir təsiri olmayacağını iddia edir. Halbuki, sanksiyaların tətbiqi prosesində hansı səviyyədə iştirak edəcəkləri hələ tam aydın olmasa da, İranın daimi qoruyucuları olan Çin və Rusiya Federasiyası da son proseslərdə İranı kəskin tənqid edir və nüvə fəaliyyətlərini beynəlxalq aləmə açıq şəkildə həyata keçirməyə çağırırdılar. Öz növbəsində, İran rəhbərliyi isə fəaliyyətlərinin beynəlxalq aləm üçün açıq olduğunu elan edir, amma hər dəfə də gizlin bir məqamın mövcudluğu ortaya çıxırdı. İranın Qəzzəyə yardım gəmiləri yolamaq barədə qərarı isə çox güman ki, daxili ictimaiyyətin diqqətini sanksiyalarla bağlı uğursuzluqdan və rejimə qarşı etirazlardan mümkün qədər yayındırmağa hesablanıb.

 



Rusiya-İran münasibətlərində “S-300 tapmacası”

16 -06 -2010

BMT Təhlüksəsizlik Şurasının iyunun 9-da İrana qarşı sayca 6-cı dəfə embarqo tətbiq etməyi qərarlaşdırmasından sonra maraq doğuran məsələlərdən biri də Rusiya-İran münasibətlərinin taleyi olub. Təhlükəsilik Şurasının 1929 sayılı embarqo qərarına dəstək verən Rusiyanın başda Buşəhər AES-i və S-300 raket kompleksləri olmaq üzrə İranla əməkdaşlığa dair mühüm lahiyələrdə necə davranacağı ciddi önəm daşıyır. Belə ki, hələ embargo qərarından əvvəl rəsmi Moskvanın ABŞ-la apardığı müzakirələrdə AES və S-300 raketlərinin gündəmə gəldiyi iddia edilmişdi.

 



İranda hakimiyyətə qarşı yeni cəbhə

25 -05 -2010

İran prezidenti Mahmud Əhmədinejad mayın 24–də İranın cənubunda yerləşən  Xorrəmşər şəhərində çıxış edərkən əhalinin etirazı ilə qarşılanıb. Prezidentin çıxışı zamanı əhalinin əksər hissəsi işsizliklə bağlı şüarlar səsləndirib. Əhmədinejad isə bu şüarlara reaksiya verərək, yetkililərin geniş səyləri nəticəsində işsizliyi aradan qaldıracağı barədə söz verib. 

 




[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]