AZ | EN | فارسی | RU

Yeniliklər

23 .08 .2010

İsrail İrana hərbi müdaxiləyə hazırlaşır? ətraflı

20 .08 .2010

Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi ətraflı

28 .07 .2010

Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər ətraflı

19 .07 .2010

Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır ətraflı

Axtarış

 

Ünvan

Yeniliklər


19 -10 -2009 . İran “siyasi böhrandan çıxış yolu” axtarır

İranda perzident seçklərindən sonra siyasi sistemin yaşadığı böhran davam edir. Sistemin qərar vericiləri böhrandan çıxış yolu axtararaq güc tarazlığını yendiən təmin etməyə çalışırlar. Bu çərçivədə cəhd göstərənlərdən biri olan Əkbər Haşimi Rəfsəncani bildirib ki, mövcud durumdan çıxış yolu tapmaq məqsədi ilə Məsləhət Şurasının üzvləri bir həll yolu layihəsi hazırlayıb. Onun dediyinə görə, artıq lahiyə İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneiyə gönərilib. 6 nəfər tərəfindən hazırlanan lahiyə barədə məlumat Oktyabrın 19-da bu qrupun üzvu Həbibullah Əskəroladı tərəfindən keçirilən mətbuat konfransında verilib. Əskəroladi Məsləhət Şurasının 6 üzvu olduğunu bildirsə də, onların kimlər olduğu və hansi siyasi cərəyanı təmsil etdiyi haqda məlumat verməyib. Amma onu da bildirib ki, bu layihə hazırlandıqdan sonra Haşimi Rəfsəncaniyə təqdim olunub və sonra isə Xameneiyə göndərilib. 

 

Xatırladaq ki, bu mövzuda ilk dəfə Rəfsəncani seçkilərdən sonra qıldığı yeganə cümə namazı zamanı bildirmişdi. O qeyd etmişdi ki, mövcud şəraiti dəyişmək üçün bir qrup ziyalı və nizamın tərəfdarları bir layihə hazırlaycaq. Rəfsəncaninin cümə namazında dediyi sözlər mühafizəkar qrup üzvlərinin ciddi tənqidlər ilə rastlaşmışdı. Onlar bu layihəni “Rəfsəncaninin şəxsi layihəsi” adlandırmışdılar. Digər tərəfdən Şiə müctəhidlərindən olan  və Qumda yaşayan Ayətullah Məkarimi Şirazi də 3 həftə əvvəl bildirmişdi ki, siyasi qrupları barışdırmaq məqsədi ilə bir heyətin yaranması vacib və zəruridir.

Bütün bunlara islahatçı və mühafizəkar qrupların reaksiası bir mənalı olmayıb. Mühafizəkarlar hakimiyyətdə olduqlarından belə fikirləri ciddi tənqid atəşinə tutmaqdadırılar, ancaq islahatçılar da belə fikirlərə müsbət yanaşmaqdan imtina  edirlər. Belə ki, müxalifətin lideri hesab olunan Mir Hüseyn Musəvi bildirib ki, yeni layihənin hazırlanması prossesində onunla müzakirələr aparılmayıb. O bildirib ki, bütün hallarda xalqın mövqeyi əsasdır, əgər bu nəzərə alınacaqsa müsbət addım hesab oluna bilər. Musəvi onu da qeyd edib ki, nə vaxta qədər ki, xalqı “öz yolunu azan kütlə” hesab ediləcək və onun öz müqəddaratını təyin etmə hüququ əlindən alınacaq problemlərə həll yolu tapmaqdan danışmaq mümkün olmayacaq. O, yeni layihədən ancaq mətbuat vasitəsi ilə xəbər tutduğunu da bildirib.

Bu cədhə baxmayaraq İranda siyasi sabitsizlik davam edir. Xalq müxtəlif vasitələrdən istifadə edərək öz etirazlarını bildirməyə cəhd göstərir. Hakimiyyət isə heç bir şəkildə güzəştə getmək niyyətində deyil. Hakimiyyət öz mənafeyini və mövqeyini qorumağa maksimum dərəcədə çalışır. Müxalifət də yalnız etiraz aksiyalarını davam etdirməkdə israrlıdır. Hakimiyyət və müxalifətin bu çəkişmələri rejimin əsaslarına böyük zərbələr endirir. Digər tərəfdən İranda siyasi partiyaların olmaması da belə şəraitdə, çıxış yollarını tapmaqda çətinliklər yaradır. Bu səbəbdən müxtəlif dövlət orqanlarının üzvləri siyasi partiyaların üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Məsləhət Şurasının lahiyə hazırlama fəaliyyəti də onun səlahiyyətlərindən ait olmayan məsələdir. Bu addımın isə problemin həlinə nə dərəcədə təsir edəcəyi şübhəlidir.