Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Yeniliklər28 -10 -2009 . Türkiyənin Baş Naziri İranda Türkiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Oktyabrın 27-də böyük bir heyyətlə İrana səfər edib. Səfər zamanı onu 18 nəfər millət vəkili, 100-dən artıq iş adamı və 40 jurnalist müşayiət edib. O, İranda Prezident Mahmud Əhmədinejad və digər rəsmilərlə görüşüb. Xatırladaq ki, Ərdoğan İrandan əvvəl yenə geniş nümayəndə heyəti ilə Pakistana getmişdi. Noyabrın əvvəlində isə Obamanın dəvəti ilə onun ABŞ-a səfər edəcəyi açıqlanıb. Təxminən eyni dövrlərdə prezident Abdullah Gülün Fransaya, Serbiyaya və digər xarici səfərləri də diqqətə alınsa Türkiyənin regional və qlobal siyasətlə bağlı çox hərəkətli günlər yaşadığı aydın görünür.
İranın nüvə proqramı bu görüşlərin əsas mövzularından biri olub. Ərdoğan öncədən də bu səfər haqda məlumat verərkən bildirmişdi ki, İran yetkililəri ilə nüvə məsələləri ətrafında müzakirələr aparılacaq, amma Türkiyə İran ilə ABŞ arasında vasitəçılik etməyəcək. Xatırladaq ki, Türkiyə İranın dinc məqsədli nüvə texnologiyasına yiyələnməsini dəstəkləyir. Özü də nüvə enerjisindən istifadə etmək və bu texnologiyalara yiyələnməyə can atır. İRNA-nın verdiyi məlumata əsasən, İranın Ankaradakı səfiri Bəhmən Hüseynpur Ərdoğanın İranın nüvə proqramı haqda bəyanatını alqışlayıb və Ərdoğana belə mövqe tuttuğuna görə təşəkkür də edib. İki ölkə arasında münasibətlər son illərdə daim inkişaf edirə. Keçən il İran prezidenti Mahmud Əhmədinejadın Türkiyəyə səfəri zamanı İstanbulda Ərdoğanla görüşdə iki ölkə arasında bir çox əməkdaşlıq sənədləri imzalanmışdı. Bu sənədlərə əsasən iki ölkə arasında ticarət mübadiləsi illik 20 milyard dollar səviyyəsinə yüksəlməli idi. İndi iki ölkə arasında ticarət mübadiləsinin səviyyəsi 11 milyard dollara çatıb. 2 il əvvəl isə bu 7 milyard dollar təşkil edirdi. Ərdoğan İran Xarici İşlər Naziri Mənuçehr Möttəki ilə görüşü zamanı İrana səfərindən məmnuniluğunu dilə gətirərək bildirib: “bizim siyasi, iqtisadi və mədəni əlaqələrimiz əvvəlkilərdən daha çox inkişaf etməlidir. Türkiyə bütün potansiyelləri ilə bu münasibətlərin genişləndirilməsi üçün hazırdı”. Bu görüşdə İran və Türkiyə arasında qazın Türkiyəyə və ordan da Avropaya nəql edilməsi məsələsi də müzakirə olunub. Regionda İran və Türkiyə bir çox oxşarlıqları ilə seçilir. Təxminən eyni sayda əhalisi olan iki ölkə regionun lider ölkələri hesab olunur. Son 30 il ərzində enerji rezervlərinə malik olmayan Türkiyənin inkişafi İranı ötüb keçib. İran neftdən gələn hədsiz hesabsız gəlirlərini əsasən müdafiə sahəsinə yönəltməklə raketlərin istehsalı və nüvə proqramında bir sıra nailiyyətlər əldə etsə də, Türkiyə sabit iqtisadi inkişaf yolunu tutaraq ən böyük 20 ölkə sırasına düşə bilib. İndi Türkiyə regionda güclü iqtisadiyyata malik olan bir ölkə və Avropanın etibarlı ticari tərəfdaşı sayılır. Amma İran 30 il müddətində yerində saymağa davam edir. Buna İrandan inqilabdan sonra baş verənlər, o cümlədən İran-İraq müharibəsi və İran hakimiyyətinin regionda və dünyada apardığı siyasət də təsir edib.
|
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |