Yeniliklər23 .08 .2010
İsrail İrana hərbi müdaxiləyə hazırlaşır?
ətraflı
20 .08 .2010
Rusiya- Ermənistan strateji əməkdaşlığı gücləndi
ətraflı
28 .07 .2010
Ermənistan və İsrail İran və Türkiyəyə qarşı səylərini birləşdirirlər
ətraflı
19 .07 .2010
Zahidanda baş verən hadisənin kökü Pakistan, NATO və ABŞ-da axtarılır
ətraflı
AxtarışÜnvan |
Strateji icmallar12 -12 -2009 . İranda insan hüquqları 3 - Güney Azərbaycan Güney Azərbaycan əhalisini Türklər təşkil edir. 19-cu əsrdə Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə parçalanıb. Cənub ərazilər Qacar sülaləsinin hakimiyyəti və şimal torpaqları isə Rus Çarlarının idarəçiliyinə verilib. Azərbaycan xalqının bir çox şəhər və kəndləri sərhəd boyu iki hissəyə bölünüb. Bir çox ailələrin üzvləri iki dövlətin ərazisində qalaraq illər boyu bir-birini görməkdən məhrum olublar. Ötən əsrin sonunda Sovet imperiyası dağıldıqdan sonra Şimalı Azərbaycan öz müstəqilliyinə qovuşub. Cənubi Azərbaycan isə Qacar sülaləsinin mülkü və Məmaliki Məhrusəsinin mirasçısı və sahibi kimi təqdim edən və sonralar bu coğrafiyaya İran adı verən Pəhləvilərin və onun ardınca isə İslam Respublikasının işğalından hələ də azad ola bilməyib. Bu yolda 100 ildən çox mübarizə aparan Azərbaycan Türkləri 4 dəfə üsyan edib, 100 minlərlə insan bu uğurda həlak olub. Lakin hələdə öz hüquqlarını əldə edə bəlməyib.
Güney Azərbaycanda İnsan Haqları Son 70 ildə Azərbaycan Türklərinə qarşı asimilasiya siyasəti tam gücü ilə işləməkdədir. Bu siyasət nəticəsində Azərbaycanı İran tərkibində ostanlıqlara bölərək müxtəlif şəhər adları ilə tanıtmağa başlayıblar. Şərqi və Qərbi Azərbaycan ostanlarından başqa Zəncan, Həmədan, Ərdəbil, Qəzvin kimi yeni ostanlar yaradılıb, bundan başqa Astara, Həşpər, Savə, Ərak kimi dəgər böyük və tarixi Azərbaycan şəhərləri isə digər Fars və qeyri Azərbaycan vilayətlərinin tərkibinə verilib. Azərbaycan Türkləri yaşayan yerlərdə kəndlərin və şəhərlərin adları dəyişdirilərək farslaşdırılmaqda, kiçik kəndlər isə boşaldılmaqdadır. İran rejimi kəndliləri daha rahat asimilasiya etmək üçün böyük Fars şəhərlərinə o cümlədən Tehrana, Məşhədə, isfahana və digər bənzər fars bölgələrinə köçürür. Bu köçürmə müasir zamana uyğun siyasi vasitələrlə aparılır. Misal üçün heç bir sosyal şəraitin olmayan kəndlərdə ciddi problemlər yaşayan bu kəndlilər nisbtən daha yaxşı şərtlər malik büyük şəhərlərdə daha rahat həyat sürə bilir. Kəndlərin boş qalması isə Azərbaycanda istehsalın səviyyəsini aşağı düşməsinə və bölgənin iqtisadı asılılığına gətirib çıxarır. Azərbaycanlılar öz ana dilində təhsildən, öz dillərində sərbəst kitab və qəzet çıxarmaq hüquqlarından məhrumdurlar. İran anayasasının 15 və 19 cu maddələrində hər bir xalqa öz dilində sərbəst təhsil almaq hüquqi və məktəblərdə öz dillərinin tədris olunmasını imkanı tanınsa da, hakimiyyət heç zaman belə hüquqdan istifadə etmək imkanı vermir. Hüquqlarını tələb edən vətəndaşlar isə hüquq-mühafiə orqanları tərəfindən təqiblərə məruz qalır. Azərbaycanlılara qarşı sərt münasibət Insan hüqularının müdafiəsi təşkilatlarının Cənubi Azərbaycandan verdiyi məlumatlara əsasən bu ilinin ilk 6 ayında 146 nəfər Azərbaycanlı öz hüquqlarını tələb etdiyinə görə həbs olunub. Bu isə hər 31 saatda bir nəfərin həbs olunması deməkdir. Milli hüquqlarıni istəyən 7 tələbə təhsildən məhrum edilib, bir tələbə isə universitetdən, bir məktəbli isə məktəbdən qovulub. Azərbaycanlı milli fəallara şallaq və pul cəzaları verilib, 24 nəfər Azərbaycan Türki isə bu altı ayda toplam 37 il həbs cəzasına məhkum edilib. Qeyd edək ki bu rəqəmlər İranda çap olunan qəzetlərdə verilən rəsmi məlumatlar əsasında toplanılıb. Gizli həbslər və işkəncələr haqda heç bir məlumat verilmir. Azərbaycanın müxtəlif şəhərlərində həbs olunanlar naməlum yerlərə aparılır və qanunsuz olaraq günlərlə kameralarda işkəncələr altında saxlanılır. Həbs olunanların bir çoxu Azərbaycan Türkcəsində yazılı təbrik kartları payladığına görə həbs olunub. 16 yaşında bir məktəbli isə lövhədə Azərbaycan Türkcəsində yazı yazdığına görə məhkəməyə çağrılıb və təhsildən uzaqlaşdırılıb. O rejimin əleyhinə təbliğatla məşğul olmaqla ittiham edilir. Azərbaycan və Türkiyə futbol komandalarının Urmiyədə oyunlarında bu ölkələrin bayraqlarını əllərində daşıyan insanlar isə separatçılıqda ittiham olunaraq həbs olunub. Təbrizdə əhalisinin dinc mitinqinə polis və xüsusi təyinatlı qüvvələr sərt müdaxilə edərək insanları yaralayır və bir çox şəhər sakinini saxlayır. Saxlananlar naməlum yerlərə aparılır. Yerli qəzetlər və tələbə dərgiləri bağlanılır, bu qəzetlərin yazarları isə həbs olunur. Mərkəzi və yerli hakimiyyətyönlü qəzetlər milli fəalların həbslərı haqda məlumat verməkdən imtina edir. Xarici jurnalistləri Azərbaycan şəhərlərinə girməsi isə qadağan edilərək bölgədə ciddi xəbər senzurası həyata keçirilməkdədir. İran rejiminin bu ölkədə yaşayan qeyri Fars xalqlara təqyiqi nəticəsində onlar İranda etnik xarakterli bütün insan haqlarından məhrum olublar. Bu baxımdan mərkəzdə yaşayan bir Farsın mübarizəsi öz fərdi azadlığı əldə etmək mübarizəsidirsə, Təbrizdə yaşayan bir Azərbaycan Türkünün mübarizəsi həmdə öz insanlığını qəbul etdirmə mübarizəsidir. Insanlar bu mübarizədə əzimlərini nümayiş etdirərək hakimiyyətin bütün basqılarına baxmayaraq mübarizəyə açıq qollarla qatılıb. Bu yolda bütün təhlükələri göz önünə alıb. Ölüm belə onları bu yoldan çəkindirmir.
|
| © 2008 Araz Tədqiqatlar Mərkəzi |